Aslixan × Noton — QARABAĞDAYIQ

QARABAĞDAYIQ – Aslixan × Noton Lyrics Letra:
Aslixan:
Gəlirəm altımda tankla ki
Yarım İrəvanda banklar
Çəkil önümdən sən Rusun iti
Mən xuliqan boss’am, sən quzu kimi
Səngərdə duranım var bərk
Arxamda Turanım var, gəl
Qafqazda canavarıq ki
Qan əvəzinə də qan alarıq
Qanıma bulaşıb bayraq
Düz otuz dəfə qara bayram
Oturaq əyri, biz düzü deyək
Dil çaşıb həqiqəti düzü deyər
Dumanı kim sarı gəlib
Sənin musiqin deyil o Sarı Gəlindi
Deyir İrəvan Qarabağ bizim, haçanındı?
Ermənistan özü Azərbaycandır!

Noton:
Adım Azərbaycan, soyadım Qarabağ
Düşmənim yatıbdı, oyadın arada
Ki fərqi görə bilsin çaqqal
Təkliyib döyərək yox, təkbətək döyüşək
Ya da şəhid olaq, de görüm kimdi burda şir olan
Qələmim balta
Ramil Səfərovam, Mübariz
Çingiz ya Polad Həşimovam
Reperlər xalqın vicdan səsidir
Və bağırır içimdə şəhidin səsi
Danışan reperin səsini kəsin

Aslixan:
Danışım sözümdü bol
Mən Vətən üçün varam dözümüm çox
Yerdəki qanımız gözümdədi
Daha səbr edib yumacaq gözümüz yox
Hələ yağmamış Qoşqarın başına qar
Biz edəciyik dünyanı başına dar
Gec ya tez çatarıq haqqımıza
Ki bu döyüş yazılıbdı alnımıza

Noton:
Güclüdü ordumuz, döyüşə hazır
Çünki yanıb sönür qəlbim közü gedir
Cənnət Göyçə və Füzulidir
O ürəyimdə neçə ildi hüzur edir
Birdə Xankəndi, Xocavənd
Kəlbəcər, Ağdərə, Cəbrayıl
Qubadlı, Zəngilanım var
Komandir vertolyot qalxanda vur
Bax, Allah bizimlədir, Əlhəmdülillah

Aslixan:
Şuşanın dağları başı dumanlı
Qırmızı köynək və yaşıl tumanlı
Üçrəngli bayrağı dağa bağlayıb
İndi gəlmişik evimizə, Qarabağdayıq!

Noton:
Unuda bilərəm axı de necə andı
Və böyük olan qəlbimdə Türkiyə də candı
Xocalı, Laçın və Ağdamdayıq
İndi gəlmişik evimizə, Qarabağdayıq!

Aslixan:
Qarabağdayıq! , Qarabağdayıq!
İndi gəlmişik evimizə Qarabağdayıq!
Daha gəzmirik başımıza qara bağlayıb
Belə xoş gəlmişik evə, Qarabağdayıq!

Noton:
Qarabağdayıq! , Qarabağdayıq!
İndi gəlmişik evimizə Qarabağdayıq!
Daha gəzmirik başımıza qara bağlayıb
Belə xoş gəlmişik evə, Qarabağdayıq!

%d blogueiros gostam disto: