Fuad İbrahimov – Təkliyə Öyrəndim

Fuad İbrahimov – Təkliyə Öyrəndim Lyrics Letra:
Təkliyə Öyrəndim (sözləri)

Sənin xoşbəxtliyin bəs edir mənə
Ən şirin arzular dilərəm sənə
Bu sözü min dəfə dedirtmə mənə
Mən təkliyə öyrəşdim narahat olma

Hər dərdi sagaldır illərlə zaman
Çəkilir yolundan bu çisgin duman
Bilirəm fikrimi edirsən yaman
Mən təkliyə öyrəşdim narahat olma

Gətirsin ətrini mənə sərin külək
Mən çəkim içimə qoxunu bərk bərk
Dünyaya tək gəlir hamı gedir tək
Mən təkliyə öyrəşdim narahat olma

Saçıma düşübdü dən neyləyəsən
Hər kəsdən qaçıram mən neyləyəsən
Yazan belə yazıb sən neyləyəsən
Mən təkliyə öyrəşdim narahat olma

Ey mənim səssiz qışqırtılarım
Ey sənsizliyimə ağayan yazıq gecələr
Ey məni oyaq görüb kövrələn səhər
Ey məndən yorulan yağışlı şəhər
Düzələr hər şey düzələr
Oda narahat olmasın sizdə

Söz/Musiqi: Fuad İbrahimov
Aranjiman: Ruslan Səfəroğlu
Youtube Menecer: Rəvan Ağazadə
Letra lyrics lyric letras versuri musiek lirieke tekstet paroles

%d blogueiros gostam disto: