İlqar Muradov – Nərgizim (Lyrics & Video)

Nərgizim – İlqar Muradov Lyrics

Səninlə bəzənir baharım, yazım

Gözünə baxmaqdan doymayır gözüm

Sənin həsrətinə qalmayıb dözüm

Bağımın ən gözəl gülü – Nərgizim

Biz iki insanıq eyni ürəkdə

Eyni arzudayıq, eyni diləkdə

Əbədi bir gül ol, solma fələkdə

Bağımın ən gözəl gülü – Nərgizim

Gəl, sənin gəldiyin yoluna qurban

Əlin ver əlimə, əlinə qurban

Mənə “can-can” deyən dilinə qurban

Bağımın ən gözəl gülü – Nərgizim

Gəl, sənin gəldiyin yoluna qurban

Əlin ver əlimə, əlinə qurban

Mənə “can-can” deyən dilinə qurban

Bağımın ən gözəl gülü – Nərgizim

Sevdanın taleyi sənin əlində

Nədir ürəyində, nədir dilində

İstəsən ölərəm sənin yolunda

Bağımın ən gözəl gülü – Nərgizim

Bilirəm, sevginə sədaqətlisən

Əslində Leylidən məhəbbətlisən

Açmamış qönçətək təravətlisən

Bağımın ən gözəl gülü – Nərgizim

Gəl, sənin gəldiyin yoluna qurban

Əlin ver əlimə, əlinə qurban

Mənə “can-can” deyən dilinə qurban

Bağımın ən gözəl gülü – Nərgizim

Gəl, sənin gəldiyin yoluna qurban

Əlin ver əlimə, əlinə qurban

Mənə “can-can” deyən dilinə qurban

Bağımın ən gözəl gülü – Nərgizim

Gəl, sənin gəldiyin yoluna qurban

Əlin ver əlimə, əlinə qurban

Mənə “can-can” deyən dilinə qurban

Bağımın ən gözəl gülü – Nərgizim

Gəl, sənin gəldiyin yoluna qurban

Əlin ver əlimə, əlinə qurban

Mənə “can-can” deyən dilinə qurban

Bağımın ən gözəl gülü – Nərgizim

Bağımın ən gözəl gülü – Nərgizim

Bağımın ən gözəl gülü – Nərgizim

Do álbum Yavaş-Yavaş, Nərgizim de İlqar Muradov; comp.: Piruz Dilənçi, Eldar Mansurov. Lançamento: 9 de novembro de 2011

Advertisement