De, Neyləyim – Nurlana UnderCover Lyrics
Görmüşəm səni, sevmişəm səni
Vermərəm daha heç kəsə mən öz sevgimi
Gedirsən əgər, məni də apar
Çünki sənsiz bu həyatım mənim heç olar
De, neyləyim, nə söyləyim?
Sevən ürəyimə necə deyim, səni sevməsin?
De, neyləyim, nə söyləyim?
Sevən ürəyimə: “Sevmə”,-deyim?
İlk baxışımdan vuruldum sənə
Nə qədər əzab verirsən, insafsız, mənə
Sənsiz gecələr mənə dar gələr
Neyləyim ki, ürək yenə tək səni sevər
De, neyləyim, nə söyləyim?
Sevən ürəyimə necə deyim, səni sevməsin?
De, neyləyim, nə söyləyim?
Sevən ürəyimə: “Sevmə”,-deyim?
De, neyləyim, nə söyləyim?
Sevən ürəyimə: “Sevmə”,-deyim?













