PRoMete – Mücrü

Letra “PRoMete – Mücrü” Official Lyrics


Bənd 1

PRoMete

Həyatımız doludur tərs mütənasiblərlə
Saniyələr uzun gəlir, ömür qısa hərdən

Hər dəfə açanda, bu toz basmış mücrünü
Göz yaşlarıyla bacara bilmir o heç cürə
Bu dəfə də açanda topladı var gücünü
İki saniyə sonra iki göz yaşı düşdü yerə

Parçalanır ürəyi xatırlandıqca olanlar
Gah soyuq tər gəlir, gah da əsir dizləri
Sanki elə indi oldu bütün həmin o anlar
İllər quş kimi uçdu, amma itmir izləri

Nə etməli? İndi nə etsə də artıq gecdir
Yara var ki, közü qopub düşsə də ağrısı keçmir
Düşünür ki, danışsın kiməsə, baxır şəkillərə
Anlayır ki, indi ən böyük addım belə heçdir

Bir əlində illərdir içə bilmədiyi iki həb
O birində mücrü, içində qəzetlərdən şəkillər
Çıxarır qızın şəkilin yapışdırır titrəyən dodaqlarına
Deyir – “bağışla…” və donur fəsillər


Nəqərat

Nara White

Həyat nə qədər amansız
O qədər dost bizə
İllərlə üz-üzə
Verməz yaxşını yamansız
Kədəri sevincə qoşar
Gecəni gündüzə


Bənd 2

PRoMete

Ən sevimli yerləri idi bu çinarın altı
Onlar burda görüşdüsə, dünyada hər şey yalan
İki gün görüşmək alınmasa, ürəyi tutur ağrı
Bir birindən ayrılıqda həyat darıxdırıcı yaman

Məmurun qızı sevir fəhlə oğlun, hah, qəribədir
İnsanların pula görə fərqlənməsi bu qıza çatmır
Ata sadə adamdır, amma istəmir fəhlə oğlun
Qızını xəbərdar edir bir neçə dəfə, amma bu qıza batmır

Bu Həyat hərdən səni əzizləyən dost hərdən düşmən
Ələlə tutanda uçur vaxt, ayrılıqda ötüşməz
Sonuncu görüşdə gələcəkdən danışıb mübahisə edirlər
Bilmədən ki, bu çinar bu cütlüklə bir də görüşməz

Lyricsbyletras.com

Kəsilir görüşlər, zənglər, evdə atası yoxa çıxır
Qız telefonuna gələn hər zəngə həyəcanla baxır
Günlərin birində nəhayət zəng edir oğlanın anası
Deyir ki, atanın sürücüsü oğlumuzun axırına çıxıb


Nəqərat

Nara White

Həyat nə qədər amansız
O qədər dost bizə
İllərlə üz-üzə
Verməz yaxşını yamansız
Kədəri sevincə qoşar
Gecəni gündüzə


Bənd 3

PRoMete

İndi yadına düşəndə ki, ona görə dağılıb ailə
Dolur gözləri, sıxılır ürəyi, daralır aləm
Onun ani diqqətsizliyi, məhv etdi bir piyadanı
Təsadüf nəticəsində alındı qapalı dairə

Aldığı ömür rəisinin qızının sevgilisiydi
Ailənin içində bu məsələ bir az mübahisəliydi
İndiyə kimi xatırlayır, rəis onun dalınca gələndə
Həyəcandan bölmədə necə ayaq üstə titrəyirdi

Bircə kəlmə dedi – “Sən neynədin?” və çıxıb getdi
Elə bil bu sözlərlə birdən zaman axıb getdi
Qızını inandıra bilməyəcəyindən qorxub kənada durdu
Qız da özünə qıydı başına güllə çaxıb getdi

Qəzetləri izlədi bu hadisələrdən sonra sürücü
Həyatı həbsə bağlandı, illəri keçdi üzücü
Özünü bağışlaya bilmədi bu illər ərzində o
İki zəhərli həb aldı, amma udmağa çatmadı gücü


Nəqərat

Nara White

Həyat nə qədər amansız
O qədər dost bizə
İllərlə üz-üzə
Verməz yaxşını yamansız
Kədəri sevincə qoşar
Gecəni gündüzə


Bənd 4

PRoMete

Həyatımız doludur tərs mütənasiblərlə
Saniyələr uzun gəlir, ömür qısa hərdən
Xeyirli planla qurduğumuz işlər illərlə
Əksimizə çevrilə də bilir ani hadisədən

Kimik biz? Samanlıqda iynə yoxsa maqnit
Coşğun dağ çayı, yoxsa gömgöy göl – sakit
Böyüklüyün fərqi yoxdur, əsas düzgün yaşamaqdır
Unutma pambıq tayasın məhv edə bilir bir kibrit

Search music video on youtube:

    Descubra mais sobre LyricsByLetras

    Assine agora mesmo para continuar lendo e ter acesso ao arquivo completo.

    Continue reading