Toyun Səsi – Abbas Bağırov Lyrics
Toy günüdür, bu məclisin bəyinə bax
Çal-çağıra, kamanına, neyinə bax
Təbiətin yerinə bax, göyünə bax
Ömrüm çatıbdır şöhrətə, şana burada
Bu dünyanın hər qəmindən uzaq olar
Qəlbi olan çəkilərmi yana burada?!
Təbiətin yerinə bax, göyünə bax
Ömrüm çatıbdır şöhrətə, şana burada
Bu dünyanın hər qəmindən uzaq olar
Sevən oğlan, gözəlləri sana burada
Toyçu qardaş, elə çal ki, toyun səsi
Qoy işləsin lap iliyə, qana burada
Kəsilməsin qulaqlardan toyun səsi
Qoy yetməsin bu gözəllik sona burada
Toyçu qardaş, elə çal ki, toyun səsi
Qoy işləsin lap iliyə, qana burada
Kəsilməsin qulaqlardan toyun səsi
Qoy yetməsin bu gözəllik sona burada
Ay sevən oğlan, gözəlləri sana burada
Söz sinədən axsın gümüş çaylar kimi
Şirin olsun dostdan gələn paylar kimi
Baş örpəkli, yaxa qızıl düyməlidir
Qapılar var, elçi əli döyməlidir
Kimə baxsan bir-birindən öyünməlidir
Sevən oğlan, gözəlləri sana burada
Günəş doğub bu varlığa, bu həyata
Gəlişində dağ vüqarlı, gülür ata
Bir havanın laylasına yata-yata
Qollarını geniş açır əziz ana
Toyçu qardaş, elə çal ki, toyun səsi
Qoy işləsin lap iliyə, qana burada
Kəsilməsin qulaqlardan toyun səsi
Qoy yetməsin bu gözəllik sona burada
Toyçu qardaş, elə çal ki, toyun səsi
Qoy işləsin lap iliyə, qana burada
Kəsilməsin qulaqlardan toyun səsi
Qoy yetməsin bu gözəllik sona burada
Ay sevən oğlan, gözəlləri sana burada
Söz sinədən axsın gümüş çaylar kimi
Şirin olsun dostdan gələn paylar kimi
Anın ömrü qoy uzansın aylar kimi
Günün ömrü heç çatmasın sona burada
Anın ömrü qoy uzansın aylar kimi
Günün ömrü heç çatmasın sona burada
Toyçu qardaş, elə çal ki, toyun səsi
Qoy işləsin lap iliyə, qana burada
Kəsilməsin qulaqlardan toyun səsi
Qoy yetməsin bu gözəllik sona burada
Toyçu qardaş, elə çal ki, toyun səsi
Qoy işləsin lap iliyə, qana burada
Kəsilməsin qulaqlardan toyun səsi
Qoy yetməsin bu gözəllik sona burada
Ay sevən oğlan, gözəlləri sana burada
Toyun Səsi de Abbas Bağırov, composta por Zəlimxan Yaqub e Fərid Kərimli, lançada em 10 de julho de 2026.











