Azərbaycan – Emil Afrasiyab Lyrics
Ömrüm-günüm bağlı sənə
Şan-şöhrətli Azərbaycan
Əzəl gündən anasan mənə
Ey qüdrətli Azərbaycan
Əzəl gündən oğulam sənə
Ey qüdrətli Azərbaycan
Müqəddəs daşın var, torpağın var
Bizə candan da əzizdir
Üçrəngli müzəffər bayrağın var
Günəş qədər o təmizdir
Mən sənin uğrunda vuruşlarda
Oddan, alovdan keçərəm
Dağ kimi möhkəməm etibarda
Yolunda candan keçərəm
Sevin, şadlan, nurla bəzən
Çünki səni candan sevən
Şan-şöhrəti dünyalar gəzən
Övladın var, Azərbaycan
Şan-şöhrəti dünya gəzən
Övladın var, Azərbaycan
Azərbaycan, de Emil Afrasiyab, é uma homenagem patriótica composta por Tofiq Quliyev e Ənvər Əlibəyli; lançada em July 3, 2026.











