Gülyaz Məmmədova – Aramızda Soyuqluq Var (Lyrics & Video)

Aramızda Soyuqluq Var – Gülyaz Məmmədova Lyrics

Aramızda soyuqluq var

Aramıza qar düşüb

Könlümü bağlayıb qubar

Könlümə bir yar düşüb

Mən ki bir od parçasıyam

Əridərəm qarları

Mən ki yardan almadım kam

Xoş qılıq görüm barı

Xoş qılıq görüm barı

Qar əriyib, sellər axar

Gedər ağrı-acılar

Gülümsəyər nazlı bahar

Bağlı yollar açılar

Gülümsəyər nazlı bahar

Bağlı yollar açılar

Bağlı yollar açılar

Baharda gül-çiçək açar

Yara çələng hörərəm

Rəhmə gəlsə sevgili yar

Mən də bir gün görərəm

Mən ki bir od parçasıyam

Əridərəm qarları

Mən ki yardan almadım kam

Xoş qılıq görüm barı

Xoş qılıq görüm barı

Qar əriyib, sellər axar

Gedər ağrı-acılar

Gülümsəyər nazlı bahar

Bağlı yollar açılar

Gülümsəyər nazlı bahar

Bağlı yollar açılar

Bağlı yollar açılar

Bağlı yollar açılar

Aramızda Soyuqluq Var, por Gülyaz Məmmədova — balada de saudade; compositores Tahir Əkbər, Hamlet İsaxanlı; lançamento em 6 de julho de 2026.

Mais de Gülyaz Məmmədova Ver todas →

Advertisement