Bahar Fəsli – Gülyaz Məmmədova Lyrics
Bağça-bağlar gül-çiçəyə bürünər
Bülbüllər də cəh-cəh çəkər, öyünər
Həyat gülər, ömür gülər, gün gülər
Bahar fəsli bu yerlərə gələndə
Bahar fəsli bu yerlərə gələndə
Açılar çəməndə güllər, çiçəklər
Dolaşar düzlərdə ceyran, cüyürlər
Açılar çəməndə güllər, çiçəklər
Dolaşar düzlərdə ceyran, cüyürlər
Nəğmələr söyləyər sevən ürəklər
Bahar fəsli bu yerlərə gələndə
Bahar fəsli bu yerlərə gələndə
Aram-aram yağış yağar gecələr
Günəş çıxar, göz qamaşar səhərlər
Sevincinə sevinc qatar gözəllər
Bahar fəsli bu yerlərə gələndə
Bahar fəsli bu yerlərə gələndə
Aləmə səs salar dağlar, dərələr
Baharın müjdəsi qaranquş gələr
Aləmə səs salar dağlar, dərələr
Baharın müjdəsi qaranquş gələr
Lalə, nərgiz açar, təbiət gülər
Bahar fəsli bu yerlərə gələndə
Bahar fəsli bu yerlərə gələndə
Bahar fəsli bu yerlərə gələndə
Bahar fəsli bu yerlərə gələndə
Bahar Fəsli, interpretada por Gülyaz Məmmədova, é uma canção sobre a primavera; composta por Məhəmməd Novruzov e Eldar Qasımov, lançada em 15 de julho de 2026.













