Mc B.u.S – İstəmirəm (Lyrics & Video)

İstəmirəm – Mc B.u.S Lyrics

Yenə sərsəm görsənirəm

Amma yuxuma gəlmə bir də

Dönüb ruhuma gizlənirəm

Zil qaranlıq zirzəmidə

Basdırıb bütün hissləri mən

Tək səndən gizlədirəm

Bunu səndən gizləmirəm

Yanında olmaq istəmirəm

Aldanmaq istəmirəm

Yaralanmaq istəmirəm

Bunu səndən gizləmirəm

Yanında olmaq istəmirəm

Gedirsən get, qapını bağla

(Qapını bağla, qapını bağla)

İçimdə üsyan yatmır amma (yatmır amma)

Olmur hər imdadına çatmaq

(İmdadına çatmaq, imdadına çatmaq)

Ömrü cənnət yuxusu sanma

Öz alovuna alışıb-yanma

Dön nəfsinə qarışıb zamanla

Bürüyüb ətrafını yalanla

Mənim üstümə gəlmə bir anda

Söndürdüm sonuncu siqareti

İçki bitir, amma bitmir dərdim

Varlığında düşünmədim, yoxluğunda nə edərdim

Ömür bağından günahı dərdim

Götürüb aparmısan, artıq bu ürək

Sənindir, öz əsərindir

Düşünürdüm ki, gözlərin dərindir

İndi düşdüyüm bu quyu gözlərindən dərindir

Titrəyir əllər indi

Soyudan ürəyin, isidən əllərindir

Görürəm hər yerdə səni

Bu şəhər sanki günah dəftərimdir

Yenə sərsəm görsənirəm

Amma yuxuma gəlmə bir də

Dönüb ruhuma gizlənirəm

Zil qaranlıq zirzəmidə

Basdırıb bütün hissləri mən

Tək səndən gizlədirəm

Bunu səndən gizləmirəm

Yanında olmaq istəmirəm

Aldanmaq istəmirəm

Yaralanmaq istəmirəm

Bunu səndən gizləmirəm

Yanında olmaq istəmirəm

İstəmirəm de Mc B.u.S; compositor Mc B.u.S; lançado em 10 de julho de 2026.

Advertisement