Kərkük Oğuz Gözəli – Ramil Qasımov Lyrics
And yerim, əzəl əhdim
Kərkük qalası qədim
Demə, oradan baxanda
Ərk qalasın görmədim
Altun körpü ortada
O başda Qorqud ata
Nə yaxınmış uzaqlar
Hey, Tərzibaşı Əta
Nə yaxınmış uzaqlar
Hey, Tərzibaşı Əta
Xoyratı bayatımdan
Bir sinədə iki can
Xoyratı bayatımdan
Bir sinədə iki can
Dili, ruhu, qanı bir
Kərküklə Azərbaycan!
Kərküklə Azərbaycan!
Dili, ruhu, qanı bir
Kərküklə Azərbaycan!
Kərküklə Azərbaycan!
Qürbət sayma Bağdadı
Varsa Füzuli adı
Bayatdan ora çatan
Səda Qarabağdadır
Yar evi, önü yonca
Öy Kərkükü doyunca
Kərkük Oğuz gözəli
Oxşa ömür boyunca
Kərkük Oğuz gözəli
Oxşa ömür boyunca
Xoyratı bayatımdan
Bir sinədə iki can
Xoyratı bayatımdan
Bir sinədə iki can
Dili, ruhu, qanı bir
Kərküklə Azərbaycan!
Kərküklə Azərbaycan!
Dili, ruhu, qanı bir
Kərküklə Azərbaycan!
Kərküklə Azərbaycan!
Kərküklə Azərbaycan!
Kərküklə Azərbaycan!
Kərkük Oğuz Gözəli, de Ramil Qasımov. Compositores: Siyavuş Kərimi e Rafael Hüseynov. Lançamento: 6 de julho de 2026.











